Moskvada daha bir erməni həbs olundu


Dünya 10 İyn 2019 20:09:00 203 0

Moskvada daha bir erməni həbs olundu

Moskva məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin ölümü ilə nəticələnmiş davanın iddia olunan səkkizinci iştirakçısı barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Son.az bu barədə Oxu.az-a istinadən xəbər verir.

"Krasnoqorsk şəhər məhkəməsinin qətnaməsinə əsasən, şübhəli Hamlet Romikoviç Ayrapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatəti təmin edilib", - deyə məhkəmədən bildiriblər.

Ona qarşı RF Cinayət Məcəlləsinin 213-cü maddəsinin ikinci hissəsi üzrə (qabaqcadan əlbir olma yolu ilə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl, ötən həftə sözügedən işlə bağlı yeddi nəfər həbs olunmuşdu. Onlardan biri - Sergey Xocanyan Belyankini qətlə yetirməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.