Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir - Səfir


Digərləri 10 İyn 2019 20:00:56 202 0

Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir - Səfir

Azərbaycan ildən-ilə turizm üçün daha cəlbedici ölkəyə çevrilir və bunu Rusiyadan Azərbaycana artan turist axını təsdiq edir.

Bakı. Mətanət Nəsibova - Azərbaycan ildən-ilə turizm üçün daha cəlbedici ölkəyə çevrilir və bunu Rusiyadan Azərbaycana artan turist axını təsdiq edir. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib. Səfir bildirib ki, 2018-ci ildə Azərbaycan 900 minə yaxın rusiyalı turisti qəbul edib. Bu göstərici 2017-ci illə müqayisədə 5 faiz çox olub: “Hesab edirəm ki, bu il rusiyalı turistlərin Azərbaycanda istirahətə marağı daha da artacaq”.