Samara səmasında UNO göründü


Dünya 10 İyn 2019 19:54:00 271 0

Samara səmasında UNO göründü

İnternetdə yayılan bir video çarx böyük marağa səbəb olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, "Abzas-TV" "YouTube" kanalının müəllifi Denis Sarov axşam saatlarında balkona çıxıb və binanın üzərində yadplanetli gəmi görüb. Denis mobil telefonu ilə gördüklərini lentə alıb. Sonra isə kadrları internetə yerləşdirib.

Kosmik aparat ondan çox uzaqda olsa da, gəminin çox böyük ölçüdə olduğu sezilir. Gəminin ölçüləri çox böyük olsa da, asanlıqla manevr edir və perpendikulyar döngələr edərək gözdən itir.