Tokayevin inauqurasiyasının VAXTI bilindi


Dünya 10 İyn 2019 19:59:00 193 0

Tokayevin inauqurasiyasının VAXTI bilindi

Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi iyunun 12-ə planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

K.Tokayev deyib: "Əgər Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını yekunlaşdırsa, inauqurasiya mərasimi iyunun 12-ə planlaşdırılır. İyunun 14-də isə Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün yola düşəcəyəm",

Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.