Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır


Digərləri 10 İyn 2019 19:46:00 173 0

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar

Bakı. İlhamə İsabalayeva - Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcəkdir.