Ağcabədidə ikimərtəbəli ev yanıb


Digərləri 10 İyn 2019 18:21:00 224 0

Ağcabədidə ikimərtəbəli ev yanıb

Ağcabədidə yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Arazbar kəndində ümumi sahəsi 112 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 56 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.