Nigeriyada malqara oğruları aləmi qatdı


Dünya 10 İyn 2019 18:27:00 210 0

Nigeriyada malqara oğruları aləmi qatdı

Nigeriyanın Sokoto ştatında silahlı qruplaşmanın hücumları nəticəsində azı 43 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücumlar bir gün ərzində qısa fasilələrlə baş verib.

İlk hücum zamanı 25 dinc sakin öldürülüb. Növbəti hücumun qurbanları isə 18 nəfər olub.

Qeyd olunur ki, hücumları mal-qara oğurluğu ilə məşğul olan dəstə həyata keçirib.