Balıq tutmağa getdi, itdi


Dünya 10 İyn 2019 18:19:00 227 0

Balıq tutmağa getdi, itdi

Malayziyada Laxad-Datu şəhərində xilasedicilər yerli sakinin axtarışlarına başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 44 yaşlı Rudi Qessanın ötən gün balıq tutmaq üçün evdən çıxdığı və bir daha geri qayıtmadığı bildirilir. Ehtimal edilir ki, o, timsahın hücumuna məruz qalıb.

Hazırda çay və onun sahilində axtarışlar aparılır.

Qeyd edək ki, bu insidentdən öncə Solomon adalarında timsah bir nəfərə hücum edərək onu parçalamışdı.