Prezident İlham Əliyev məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanda dəyişiklik edib
Siyasət 10 İyn 2019 17:40:00 241 0
Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Son.az AZƏRTAC-a istinadən xəbər verir kİ, fərmanda qeyd edilir ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə "40,0 (qırx)" sözləri "60,0 (altmış)" sözləri ilə əvəz edilsin;
2. 1-3-cü hissədə "22,0 (iyirmi iki)" sözləri "33,0 (otuz üç)" sözləri ilə əvəz edilsin.
Mənbə: milli.az