Nərimanovda avtomobilin vurduğu piyada xəstəxanada öldü


Digərləri 10 İyn 2019 17:14:00 188 0

Nərimanovda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Nərimanov rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 8-də saat 23 radələrində Nərimanov rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini F.Quliyev idarə etdiyi "Slavita" markalı avtomobillə yolu keçən paytaxt sakini Elbrus Gözəlovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.