Ermənistanda müxalifət lideri həbs olundu


Dünya 10 İyn 2019 17:08:00 243 0

Ermənistanda müxalifət lideri həbs olundu

Ermənistanda iki həftə əvvəl yaradılmış "Adekvad" partiyasının lideri Artur Danielyan saxlanılıb.

Son.az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Danielyanın saxlanılma görüntüsü "Facebook"da canlı yayımlanıb. "Adekvad" partiyası fəallarından biri Danielyanın Baş nazir Nikol Paşinyana ağır fiziki xəsarətlər yetirəcəyi ilə bağlı səsləndirdiyi təhdidlərə görə saxlanıldığını bildirib. Polis rəsmiləri hələlik saxlanılmanın səbəbinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Danielyan mayın 27-də "Adekvad" partiyasının yaradıldığını elan edib. O, Ermənistanın ciddi problemlərlə üzləşdiyini və mövcud siyasi sistemin bu problemlərə adekvat reaksiya göstərmək iqtidarında olmadığını vurğulayıb.  

Danielyan onun yaradacağı partiyanı hörmətdən salmağa və susmağa məcbur etməyə çalışacaqlarını qabaqcadan xəbərdar edib.