Bakı metropoliteninin aldığı 10 yeni vaqon Bakıdadır


Digərləri 10 İyn 2019 17:08:00 179 0

Bakı metropoliteninin aldığı 10 yeni vaqon Bakıdadır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın "Metrovaqonmaş" zavodundan aldığı 10 vaqondan ibarət iki yeni qatarı Bakıya gətirib.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın "Metrovaqonmaş" zavodundan aldığı 10 vaqondan ibarət iki yeni qatarı Bakıya gətirib. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, müasir tipli 2 qatar tərkibi artıq Bakıdadır: "Qatarlar hazırda təhvil-təslim olunur. İyunun 11-də hər iki qatar tərkibi DEPO-ya daxil olacaq. Qatarlar sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq".