Türkiyədə təyyarə qəzası


Dünya 10 İyn 2019 16:51:00 229 0

Türkiyədə təyyarə qəzası

Türkiyənin Antalya vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

Daha iki nəfərin yaralandığı bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.