8 yaşlı qızı zorlayıb öldürən 6 nəfər edam olunacaq


Dünya 10 İyn 2019 16:42:00 245 0

8 yaşlı qızı zorlayıb öldürən 6 nəfər edam olunacaq

8 yaşlı qıza narkotik maddə verib, günlərlə zorlayan 6 kişiyə ölüm hökmü verilə bilər.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ötən ilin yanvar ayında Hindistanda 8 yaşlı müsəlman qız meşədə gəzərkən qaçırılıb, narkotik maddə verilərək günlərlə zorlanıb. Onu zorlayan şəxslər bir neçə gün sonra başını daşla əzərək öldürüblər.

Qatillərə az müddətli həbs cəzasının verilməsi qalmaqal yaradıb, bir neçə bölgədə bununla bağlı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları 8 yaşlı qızın qatillərinin edam olunmasını tələb edirlər.

İddialara görə, hətta, şübhəlilərdən biri dostlarına qızı öldürməzdən əvvəl sonuncu dəfə zorlamaq üçün yalvarıb.


Xəbərə aid fotolar