“Qapı açılanda gördüm qara ipəyə büküblər” Nüsrət Kəsəmənlinin ölümündən xəbərsiz olan


Digərləri 10 İyn 2019 16:37:00 234 0

“Qapı açılanda gördüm qara ipəyə büküblər”  Nüsrət Kəsəmənlinin ölümündən xəbərsiz olan

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum şair Nüsrət Kəsəmənlinin həyatından danışılıb. Son.az bildirir ki, şairin ailə üzvləri və qohumları onunla bağlı xatirələrini bölüşüb: İsmət Əyyubov - Qardaşı: "Nüsrət 17-18 yaşlarından şeir yazmağa başlamışdı. Yaşıdları və yaşlı nəsil də bilirdi ki, şeir yazırdı. Babamız da şair olub, elə bil bizim genimizdə var. Mənə qapıya-bacaya baxmaq, ona isə yazıb-yaratmaq keçmişdi. Bizim baba yurdumuz var idi, Nüsrətin böyüdüyü yurd. O ev işıqdan yandı". Rəşat Kəsəmənli - Oğlu: "Onun keçməkeşli yolu daha gözəl şair kimi yetişməsi üçün yaranan yol idi. Ölüm diaqnozu böyrək çatışmamazlığı idi. O, uzun zaman xəstə olsa idi bəlkə də alışa bilərdik, amma ölümü çox ani oldu". Cavidan Kəsəmənli - Nəvəsi: "2003-cü ilin əvvələri idi mən məcbur şəkildə İrandan Azərbaycana təhsilim üçün qayıtdım. Oktyabr ayında babam rəhmətə getmişdi. Mənim heç bir məlumatım yox idi və həmin vaxt ailəmin başı yas işlərinə qarışmışdı. Həmin vaxtlarda atamın dayısıgildə qalırdım. Üstündən 1-2 gün keçəndən sonra evdəkilər qəbir üstünə gedirik dedilər. Mənə isə kimin qəbri üstünə getdiyimi demədilər. Orada babamın məzar daşını gördüm, amma qohumlarım mənə babamın sağaldığını demişdi. Mənsə onun qəbir daşını gördüm, təsəvvür edin, bu, izah olunmaz bir şeydir". Rəhilə Kəsəmənli - Həyat yoldaşı: "Mənə elə gəlir ki, bu problem onda əvvəldən yaranmışdı. Sadəcə, üstünə düşmədi, gecikdirmişdi. Vəziyyəti pisləşəndə onu dilə tutdum və xəstəxanaya gətirdik. Rəhmətlik Murtuz Ələsgərov təklif etdi ki, sən xaricdə hansı xəstəxanaya istəsən, səni göndərərik. Təbrizi istədi, dedi mən İrana getmək istəyirəm. Gördüm ki, xəstəxanın həyətində o qədər adam var ki, elə bil, nümayişə çıxıblar. Dedim, yəqin, onunla görüşməyə gələnlərdir, amma ölüm ağlıma gəlmirdi. Bunu məndən niyə gizlətmişdilər, başa düşmədim. Həyətə qara, uzun maşın daxil oldu. Maşına yaxınlaşanda gördüm ki, tabutdur. İnanmadım, günü bu gün də yadıma düşəndə inana bilmirəm. Qolumdan tutdular, onu isə qara ipəyə bükmüşdülər. Düşmənimin də başına gəlməsin. 16 ildir görmədiyim insanla qarşılaşanda deyərdim ki, sənin yarımçıq qoyub getdiyin arzuları gücüm çatdığı qədər yerinə yetirmişəm və yanına alnıaçıq, üzüağ gəlirəm".


Xəbərə aid fotolar