İslandiya Futbol Federasiyaı Türkiyə millisinin başına gələnlərlə bağlı iclas təşkil edəcək


İdman 10 İyn 2019 16:00:00 285 0

İslandiya Futbol Federasiyaı Türkiyə millisinin başına gələnlərlə bağlı iclas təşkil edəcək

İslandiya Futbol Federasiyası yığma komandanın Türkiyə ilə oyunundan öncə baş verən hadisələrə münasibət bildirib. 

Qurumun təhlükəsizlik xidmətinin rəhbəri Vidir Reynisson bu mövzunun çox qəribə olduğunu deyib. O, bildirib ki, federasiya sabah ilk olaraq iclas təşkil edəcək və məsələ ilə bağlı açıqlama verəcək. 

İslandiya yığmasının baş məşqçisi Erik Hamren isə hava limanında baş verənlərlə bağlı danışmaq istəməyib: "Mən futbola köklənirəm. Bu səbəbdən hər kəs öz işinə baxır" deyə 62 yaşlı mütəxəssis bildirib. 

Komandanın kapitanı Aron Qunnarson isə daha öncə Türkiyədə belə problemlərlə üzləşdiklərini bildirib: "Biz Konya şəhərinə gedərkən, hava limanında oxşar problemlərlə qarşılaşmışdıq. Türkiyəli futbolçuların nə yaşadıqlarını çox yaxşı bilirəm. Qanun qanundur, qayda qaydadır".

Qeyd edək ki, Türkiyə millisi İslandiyada pasport nəzarətindən keçərkən 2 saat saxlanılıb və komanda üzvlərinin çantaları səbəbsiz yerə bir neçə dəfə yoxlanılıb. Hətta komandanın kapitanı Emre Belezoğlu açıqlama verərkən xoşagəlməz halla üzləşib. Fanatlardan biri 39 yaşlı yarımmüdafiəçiyə tualet fırçası uzadıb. (habertürk)