Tokayevin inauqurasiyasının VAXTI bilindi


Digərləri 10 İyn 2019 16:33:00 180 0

Tokayevin inauqurasiyasının VAXTI bilindi

Ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

Bakı. Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi iyunun 12-ə planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə o, özü bildirib. K.Tokayev deyib: "Əgər Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını yekunlaşdırsa, inauqurasiya mərasimi iyunun 12-ə planlaşdırılır. İyunun 14-də isə Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün yola düşəcəyəm", Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb. O 70,76 faiz seçici səsini qazanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin