Dodağındakı xalı kəsdirmək istədi,


Dünya 10 İyn 2019 16:19:00 186 0

Dodağındakı xalı kəsdirmək istədi,

Bəzən təsadüfi hadisələr ölümlə nəticələnə bilir.

Məsələn, Türkiyənin İzmir şəhərində yaşayan Mahmut Çebi adı şəxs dodağının üstündəki xalı kəsdirmək üçün həkimə müracət edib. Əməliyyat zamanı o, tamamilə başqa səbəbdən dünyasını dəyişib.

Son.az xəbər verir ki, sadə əməliyyat zamanı həyatını itirən Çebinin ağciyərinə taxılan hava borusunun yanlışlıqla mədəsinə birləşdirildiyi məlum olub. Bu faciə həkimin böyük səhvi ucbatından baş verib.

Hazırda araşdırmalar davam edir. (publika.az)