Gimnastımız Qran Pri yarışlarında çıxış edib


Digərləri 10 İyn 2019 16:12:00 200 0

Gimnastımız Qran Pri yarışlarında çıxış edib

Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları yekunlaşıb.

Bakı. Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları yekunlaşıb. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçimiz Zöhrə Ağamirova yarışların final mərhələsində çıxış edib. Belə ki, top ilə kompozisiyasına görə gimnastımız 19.650 xal toplayaraq, yarışı 7-ci yerdə başa vurub. Çoxnövçülükdə isə Zöhrə 72.050 xalla 29 iştirakçı arasında 12-ci yerdə qərarlaşıb.