Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs saxlanıldı


Kriminal 10 İyn 2019 15:52:00 225 0

Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs saxlanıldı

İyunun 9-da Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

"İsti izlər"lə keçirilmiş tədbirlərlə oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı ŞPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.