Bu oteldə 3 nəfər müəmmalı şəkildə ölüb


Dünya 10 İyn 2019 15:43:00 255 0

Bu oteldə 3 nəfər müəmmalı şəkildə ölüb

Qadın turistin iddiasına görə, "Luxury Bahia Principe Bouganville" istirahət mərkəzində qazlı içki içdikdən sonra qan qusub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da, Nyu-Yorkda yaşayan Awilda Montes ofisantın gətirdiyi "7-Up" qazlı içkisini içdikdə boğazında və dilində qıcıqlanma hiss edib

Dərhal içkini qaytaran Awilda tüpürəndə ağzından qan gəlib.

O, əvvəlcə bunun qəza olduğunu düşünsə də, sonradan internetdə otel barəsində məlumat axtararkən dəhşətə gəlib.

Belə ki, Dominikan Respublikasında dəniz sahilində yerləşən "Luxury Bahia Principe Bouganville" istirahət mərkəzində keçən ay 3 nəfər müəmmalı şəkildə ölüb.


Xəbərə aid fotolar