Bakıda satıcıdan rüşvət alan vergi müfəttişlərinə hökm oxundu


Digərləri 10 İyn 2019 15:35:00 163 0

Bakıda satıcıdan rüşvət alan vergi müfəttişlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Vergilər Nazirliyinin rüşvət almaqda təqsirli bilinən keçmiş əməkdaşları Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Vergilər Nazirliyinin rüşvət almaqda təqsirli bilinən keçmiş əməkdaşları Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il azadlıqdan məhrum edilib.