Ayanla Aysel küsülü imiş


Şou-biznes 10 İyn 2019 15:20:00 275 0

Ayanla Aysel küsülü imiş

Müğənnilər Ayan Babakişiyeva ilə Aysel Əlizadə küsülü imiş.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi "ATV maqazin onlarla" verilişində deyib. Aysel küsülülüklərinin səbəbini açıqlamaq istəməyib:

"Heç bilmirəm, niyə küsmüşük. Onu bilirəm ki, İnstaqram-ından da məni çıxardı. Bu yaxınlarda danışmışıq da. Sözün düzünü deyən qızdır, yaxşıdır. Amma münasibətimiz yoxdur".

Qeyd edək ki, Ayan Aysellə bağlı "Səni axtarıram" verilişində yaşanan qalmaqalda ona dəstək olmuşdu. "Efirdən Ayselin şəkli düşmür. Bu ailə dağılırsa, dağılacaq. Ayselin nə günahı" deyə, Ayan bildirib.