Braziliya yığmasında növbəti itki
İdman 10 İyn 2019 15:00:00 202 0
Braziliya millisi daha bir itki ilə üzləşib.
Goal.az xəbər verir ki, yarımmüdafiəçi Artur sıradan çıxıb. Braziliyanın yoxlama oyununda Hondurası məğlub etdiyi (7:0) qarşılaşmada zədələnən Artur yığmanın heyətindən çıxarılıb. Bir neçə gün əvvəl Neymar da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.Qeyd edək ki, Braziliya yığması 15 iyun - 7 iyul tarixlərində Amerika kuboku turnirində iştirak edəcək.
Mənbə: goal.az