“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarıldı - QİYMƏTLƏR?


Digərləri 10 İyn 2019 15:07:00 230 0

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarıldı - QİYMƏTLƏR?

Biletlərin satışı Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket arasında imzalanan razılıq müqaviləsi çərçivəsində gerçəkləşir.

Bakı. İyunun 10-u “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, biletlərin satışı Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket arasında imzalanan razılıq müqaviləsi çərçivəsində gerçəkləşir. Satışa çıxarılan 146 000 bilet, “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi veb saytından https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytından https://www.iticket.az əldə oluna bilər. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər. Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında dəyişir. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək.