Dilçilik İnstitutu: "Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır"


Digərləri 10 İyn 2019 14:48:00 245 0

Dilçilik İnstitutu: "Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır"

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin dilinin izahlı lüğəti hazırlanmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA Dilçilik Institunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Nəsiminin dilində eyni bir söz iki mənada - həm müstəqil, həm də hürufi mənada işlənir:

"Ona görə də bu sözlərin tədqiqatını aparmaq lazımdır. Hesab edirəm ki, Nəsimi yaradıcılığında sözlərin lüğəti mənası ilə yanaşı, hürufi mənasını da araşdırmaq lazımdır".