Dilçilik İnstitutu: Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır


Digərləri 10 İyn 2019 14:35:00 189 0

Dilçilik İnstitutu: Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin dilinin izahlı lüğəti hazırlanmalıdır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin dilinin izahlı lüğəti hazırlanmalıdır. Trend-in məlumatına görə, bunu AMEA Dilçilik Institunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, Nəsiminin dilində eyni bir söz iki mənada - həm müstəqil, həm də hürufi mənada işlənir: "Ona görə də bu sözlərin tədqiqatını aparmaq lazımdır. Hesab edirəm ki, Nəsimi yaradıcılığında sözlərin lüğəti mənası ilə yanaşı, hürufi mənasını da araşdırmaq lazımdır".