Rusiya səfiri: "Azərbaycanla ticarət dövriyyəmiz yarım milyard dolları ötüb"


Digərləri 10 İyn 2019 14:25:00 212 0

Rusiya səfiri: "Azərbaycanla ticarət dövriyyəmiz yarım milyard dolları ötüb"

Rusiya və Azərbaycan arasında ikitərəfli ticarət qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 2019-cu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 13,08 faiz artaraq 500 milyon dollar səviyyəsini ötüb:

"Ötən il ölkələrimiz arasında 2,4 milyard dollara bərabər idi. Bu, kifayət qədər müsbət amildir".