Ermənistanda növbəti QALMAQALLI İSTEFA gözlənilir


Digərləri 10 İyn 2019 14:25:00 173 0

Ermənistanda növbəti QALMAQALLI İSTEFA gözlənilir

Ermənistan hakimiyyətində növbəti qalmaqallı istefa gözlənilir

Bakı. Ermənistanda növbəti qalmaqallı istefa gözlənilir. Trend erməni saytlarına istinadən xəbər verir ki, növbəti istefaya çıxacaq şəxs Konstitusiya Məhkəməsinin (KM) sədri Qrayr Tovmasyan ola bilər. Məlumatlara görə, Q.Tovmasyanın ətrafındakı dairə daralır. Ola bilsin, yaxın saatlar və yaxud günlərdə KM sədri vəzifəsindən gedəcək. Onun da baş nazir Nikol Paşinyanla münasibətlərinin gərgin olduğu vurğulanıb. Xatırladaq ki, bundan əvvəl ədliyyə naziri Artaq Zeynalyan və Ali Məhkəmə Şurasının sədr müavini Gevorq Danielyan da istefa veriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin