Gənc gimnastımız Qazaxıstanda medal qazanıb


Digərləri 10 İyn 2019 14:08:31 212 0

Gənc gimnastımız Qazaxıstanda medal qazanıb

Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Bakı. Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə, gənclər arasında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq, bürünc medal qazanıb. Böyük gimnastlar arasında Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri 4-cü, komanda yoldaşı Fatimə Əkpərova isə 55.850 xalla 6-cı yerdə bitirib.