“Fiat" və “Renault” birləşə bilər


Digərləri 10 İyn 2019 13:20:22 228 0

“Fiat" və “Renault” birləşə bilər

İtaliyanın “Fiat Chrysler” və Fransanın “Renault” avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər

Bakı. İtaliyanın “Fiat Chrysler” və Fransanın “Renault” avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər. Trend-in məlumatına görə, danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın “Volkswagen” və Yaponiyanın “Toyota” şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq. Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar “Renault” şirkətinə daxil olan “Nissan”ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı.