Anar Mədətov: "Mahirə mesaj yazdım, onun nə yazıbpozduğu isə mənə maraqlı deyil"


Digərləri 10 İyn 2019 13:13:00 258 0

Anar Mədətov: "Mahirə mesaj yazdım, onun nə yazıbpozduğu isə mənə maraqlı deyil"

Xəbər verdiyimiz kimi, 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunununda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. Millimizin yeganə qolunu 69-cu dəqiqədə Mahir Emreli vurub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, A.Mədətov oğlunun ondan imtina etməsinə baxmayaraq, oyunu diqqətlə izlədiyini deyib:

"Oyun günü mən xaricdə idim. Oyunu diqqətlə izlədim. Oğlum qol vurdu. Bizim komandada hədəfdə başqa oyunçu idi, lakin Mahir öz sözünü bu oyunda da deyərək, rəqib komandanın qapısına qol vurdu. Mən oğlumu mesaj yazıb təbrik etdim. Maraqlı deyil, Mahir nə yazdı, nə pozdu, hansı addım atdı, soyadını dəyişdi... O, Anar Mədətovun oğludur. Bunu hamı bilir".

Mahirin soyadını dəyişməsi məsələsinə bir daha toxunan prodüser bunu "boş şey" adlandırıb:

"Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin. Məşqçiləri ona başa salmalıdırlar ki, səni Azərbaycanda hamı Anarın oğlu kimi tanıyır. Elnurənin oğlu desələr, heç kəs tanımayacaq. Mən ata kimi də öz missiyamı yerinə yetirirəm və yetirməkdə davam edirəm. Uşaqlarımdan imtina etməmişəm. Mən onlara görə lazım gəlsə, kimi istəsəniz, didərəm".