Çində leysan 5 nəfəri öldürdü, 1 nəfəri itkin saldı


Digərləri 10 İyn 2019 12:56:00 213 0

Çində leysan 5 nəfəri öldürdü, 1 nəfəri itkin saldı

Çinin cənubunda leysan yağışları dağıntı və insan tələfatına səbəb olub.

Bakı. Çinin cənubunda leysan yağışları dağıntı və insan tələfatına səbəb olub. Trend-in məlumatına görə, Quansi-Çjuan muxtar rayonunda aramsız yağışlar nəticəsində 5 nəfər ölüb, 1 nəfərin isə itkin düşdüyü bildirilir. Ümumilikdə təbii fəlakət zonasında 180 min yerli əhalinin qaldığı deyilir. 8 min sakin təhlükəsiz yerlərə təxliyə edilib. Leysan yağışlar 5 min hektar kənd təsərrüfatı ərazisini də məhv edib, rayonun elektrik təchizatına və yol infrastrukturuna ziyan vurub. Bir neçə körpü dağılıb.