Türkiyə İslandiyaya nota verdi


Dünya 10 İyn 2019 12:41:00 208 0

Türkiyə İslandiyaya nota verdi

Türkiyə İslandiyaya etiraz notası göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, bu addıma Reykyavik hava limanı əməkdaşlarının Türkiyə milli komandasının üzvlərinə göstərdiyi münasibət səbəb olub.

M.Çavuşoğlu bildirib ki, aeroportda baş verənlər diplomatik normaların kobud surətdə pozulmasıdır.

Qeyd edək ki, Türkiyə milli komandasının qarşılanması zamanı əməkdaşlar pasport yoxlamasını 2 saatadək ləngidib.