RusiyaAzərbaycan sərhədinin demarkasiyası üzrə növbəti görüşün vaxtı açıqlandı


Digərləri 10 İyn 2019 12:45:00 212 0

RusiyaAzərbaycan sərhədinin demarkasiyası üzrə növbəti görüşün vaxtı açıqlandı

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası artıq tamamlanıb, demarkasiya prosesi isə qarşılıqlı anlaşmada davam etdirilir: "Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir".

Qeyd edək ki, bundan əvvəlki görüş yazda keçirilib.