Ronaldoya 3 titul lazımdır...


İdman 10 İyn 2019 12:36:00 245 0

Ronaldoya 3 titul lazımdır...

Portuqaliya yığması Hollandiyaya qalib gələrək (1:0) Millətlər Liqasının qalibi olub.

Goal.az xəbər verir ki, bu qələbədən sonra Portuqaliya yığmasının lideri Kriştiano Ronaldonun qazandığı titulların sayı 31-ə çatıb. O, bu göstəricidə təkcə, Lionel Messidən geri qalır.

Barcelona-nın futbolçusu indiyə qədər 34 titul qazanıb. Messi bütün titulları Bracelona-da qazanıbsa, Ronaldo 31 titulu 5 fərqli komandanın – Sporting, Manchester United, Real, Juventus və Portuqaliya yığmasının heyətində əldə edib. Ancaq Leo bütün titulları Barcelona-da qazanıb.

Messi Argentina yığmasının heyətində 4 dəfə finala adlayıb və hamısında məğlub olub.