Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə növbəti görüş gələn həftə keçiriləcək


Digərləri 10 İyn 2019 12:25:00 196 0

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə növbəti görüş gələn həftə keçiriləcək

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək.

Bakı. Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə növbəti danışıqlar gələn həftə baş tutacaq. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib. Diplomat qeyd edib ki, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası artıq tamamlanıb, demarkasiya prosesi isə qarşılıqlı anlaşmada davam etdirilir: "Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir". Qeyd edək ki, bundan əvvəlki görüş yazda keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin