Zülfiyyə Xanbabayevanı belə görməmisiz... VİDEO
Şou-biznes 10 İyn 2019 12:09:00 189 0
Hər zaman ciddi obrazda görünən və gündəlik həyat tərzi ilə gündəmə gəlməyən Xalq artisti Zülfiyyə Xanbabayeva bu dəfə hər kəsi təəccübləndirib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənninin rəqs edərək əyləndiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb. Videonu ilk paylaşan isə müğənni Zamiq Hüseynov olub.
O, stilist Elnur Hüseynovun ad günündə iştirak edən Xalq artistləri Brilliant Dadaşova və Zülfiyyə Xanbabayevanın videolarını İnstaqram-da yayıb. Görüntülərdə Dadaşovanın "Zülfiyyə" mahnısını ifa etməsi və həmkarının isə xeyli əyləndiyi görünür.
Mənbə: milli.az