Rusiyanın səfiri: Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq


Digərləri 10 İyn 2019 12:09:19 142 0

Rusiyanın səfiri: Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq

Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq, demək olar ki, işlərin artıq 50% tamamlanıb.

Bakı. Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq, demək olar ki, işlərin artıq 50% tamamlanıb. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında bildirib. Diplomat deyib: "Samur çayı üzərində körpünün inşası davam edir. İşlərin 50 faizindən çoxu tamamlanıb. İnşaat işləri ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başa çatmalıdır". Xatırladaq ki, körpünün inşası ilə bağlı layihə 2013-cü ilin avqustunda Rusiya ilə Azərbaycan hökumətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilir.