"Futbola baxmaq üçün toydan qaçıb hoteldə gizləndim" Ağadadaş Ağayev


Şou-biznes 10 İyn 2019 11:42:00 257 0

"Futbola baxmaq üçün toydan qaçıb hoteldə gizləndim"  Ağadadaş Ağayev

ARB-də yayımlanan "Söhbət var" verilişində iştirak edən müğənnilər maraqlı açıqlamalar veriblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, aparıcı Dilarənin qonaqları Aslan, Ağadadaş Ağayev və Günel olub.

Aparıcının Ağadadaş Ağayevlə bağlı xatirəsini danışdıqdan sonra müğənni orijinal versiyanı səsləndirib:

"Lənkəranda toyda idim. Argentina və Almaniya yığmalarının oyunu var idi. Fikrim qalmışdı oyunda. Əlimi yumaq bəhanəsi ilə aradan çıxdım. Restoranla üzbəüz otel var idi, girdim otelə, dedim mənə bir otaq verin, amma heç kəs bilməsin ki, mən burdayam.

90 dəqiqədən sonra oyun bitdi, geri qayıtmalı idim. Fikirləşdim ki, nə deyəcəm. Gəldim gördüm, toyda aləm dəyib bir-birinə. Ev yiyəsini tapdım qulağına bir söz dedim, qayıtdı ki, a kişi, varım-yoxum sənə qurban, nə yaxşı özünə heç nə olmayıb".