"Flora xanımı elə dartdım ki, yıxıldı və qolu sındı"


Şou-biznes 10 İyn 2019 11:33:00 247 0

"Flora xanımı elə dartdım ki, yıxıldı və qolu sındı"

ARB-də yayımlanan "Söhbət var" verilişində iştirak edən müğənnilər maraqlı açıqlamalar veriblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, aparıcı Dilarənin qonaqları Aslan, Ağadadaş Ağayev və Günel olub.

Aslan Flora xanımla xatirəsini bölüşüb:

"Türkiyəyə səfərə gedirdik. İzmirdə konsertimiz var idi. Hava limanında Flora xanımı gördüm və onun dikdaban ayaqqabı geyinməsinə təəccübləndim. O isə dedi ki, mən müğənniyəm belə geyinməliyəm. Sonra biz İstanbul hava limanına endik. İzmirə uçan təyyarəyə minmək üçün 40 dəqiqə vaxtımız var idi. Daxili terminallardan keçməli idik.

Flora xanım ləngiyirdi, qoluna girib dartanda, yıxıldı və qolu sındı. Təyyarəyə minəndə bizimlə danışmadı, incimişdi. Amma onun yerinə başqası olsaydı, məndə var-yox qoymazdı. Nəsə, birtəhər konsertə çatdıq. Flora xanım səhnədə məşhur mahnısını oxuyurdu. "Harda bir it var, gəlib tapar məni" sözlərini oxuyanda çevrilib mənə baxırdı".