Naftalanda əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır


Digərləri 10 İyn 2019 11:27:21 180 0

Naftalanda əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır

Əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi, bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulması Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Bakı. Əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi, bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulması Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşmaqdadır və Mərkəz yaxın aylarda istifadəyə veriləcək.