Bakıda xəstəxanada arvadının boğazını kəsən şəxs saxlanıldı - Cinayət işi açıldı


Digərləri 10 İyn 2019 11:17:02 229 0

Bakıda xəstəxanada arvadının boğazını kəsən şəxs saxlanıldı - Cinayət işi açıldı

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb. Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib. Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib. Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.