Rusiyada əhali gənə dişləmələrinə qarşı peyvənd olunur


Digərləri 10 İyn 2019 11:05:00 210 0

Rusiyada əhali gənə dişləmələrinə qarşı peyvənd olunur

Rusiyada 2,4 milyon nəfər gənə ensefalitinə qarşı peyvənd olunub.

Bakı. Rusiyada 2,4 milyon nəfər gənə ensefalitinə qarşı peyvənd olunub. Trend-in məlumatına görə, bu barədə ölkənin müvafiq səhiyyə qurumu bildirib. Qeyd olunur ki, ilin əvvəlindən peyvənd olunanların sayı 2,4 milyon nəfər təşkil edir və daha 3,1 milyon nəfərin peyvənd olunması planlaşdırılır. Məlumatda gənə borreliozu və ensefalitinə yoluxma hallarının isə tək-tək olduğu bildirilir və təhükəli hal olmadığı vurğulanır.