Nadal 12-ci dəfə "Roland Garros" turnirinin qalibi oldu


İdman 10 İyn 2019 11:00:00 226 0

Nadal 12-ci dəfə "Roland Garros" turnirinin qalibi oldu

İspaniyalı tennisçi Rafael Nadal mövsümün "Böyük dəbilqə" seriyalı ikinci turnirinin qalibi olub.

Goal.az xəbər verir ki, Parisdə torpaq kortlarda keçirilən yarışın finalında o, avstriyalı Dominik Timi məğlub edib.

"Roland Garros"un ümumi mükafat fondu 42,66 mln. avro təşkil edib.

Görüş 6:3, 5:7, 6:1, 6:1 hesabları ilə 33 yaşlı ispan idmançının xeyrinə başa çatıb. O, turnirdə üçüncü il ardarda qalib gəlib və titulların sayına görə "Roland Garros"da rekordçudur. Onun hesabında 12 qələbə var, eləcə də, Nadal 2005-ci ildən 2008-ci ilədək, 2010-cu ildən isə 2014-cü ilədək finallarda qalib gəlib. O, bu turniri 12 dəfə qazanmış yeganə tennisçidir.