Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir (FOTO)


Digərləri 10 İyn 2019 10:50:41 197 0

Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir (FOTO)

İnstitutun növbəti səfəri Mingəçevir şəhərinə olub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali tədris müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Mingəçevir şəhərinə olub. Trend-in məlumatına görə, Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və İnstitutun əməkdaşları səfər çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) və Heydər Məscidində olublar. C.Məmmədov Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevlə görüşüb. Rektor A.Hacıyev Universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Həmçinin Aİİ ilə MDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib. Aİİ rəhbəri Mingəçevir Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edib, MDU ilə İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İnstitutun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini vurğulayıb.