Ermənistanda meriya binasına qumbara atdılar


Digərləri 10 İyn 2019 10:54:33 194 0

Ermənistanda meriya binasına qumbara atdılar

Ermənistanın Vedi şəhərində qumbara partlayıb.

Bakı. Ermənistanın Vedi şəhərində qumbara partlayıb. Trend-in məlumatına görə, hadisə ilə bağlı erməni KİV-ləri xəbər yayıb. Məlumata görə, hadisə gecə saatlarında baş verib, yerli sakin qumbaranı meriya binasına atıb. Qumbaranın meriya binasının nikah qeydiyyatı şöbəsinin otağına düşdüyü bildirilir. Partlayış nəticəsində binaya ziyan dəyib.