UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olundu


İdman 10 İyn 2019 10:37:00 219 0

UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olundu

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının ən yaxşı gənc oyunçusuna turnirin sponsorlarından olan SOCAR-ın mükafatı təqdim olunub.

Goal.az-ın məlumatına görə, həmin mükafata Hollandiya millisinin və Ajax-ın 22 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq sahib olub.

Lakin onun komandası Millətlər Liqasının qalibi ola bilməyib. "Narıncılar" finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləniblər. Bürünc medalı isə İngiltərə əldə edib.

Millətlər Liqasının ən yaxşı oyunçusu adına isə Portuqaliya millisinin və İngiltərənin Manchester City klubunun üzvü Bernardu Silva layiq görülüb.