Anarla Hüsniyə arasında dava: “Tülkü tərzli” FOTO


Şou-biznes 10 İyn 2019 10:15:00 297 0

Anarla Hüsniyə arasında dava: “Tülkü tərzli”  FOTO

Aparıcı Hüsniyə Məhərrəmovanın doğum günü olan stilist Elnur Həsənova yazdığı təbrik qalmaqala səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Hüsniyə Elnurla fotosunu paylaşaraq aşağıdakı sözləri yazıb:

"Yaxşı, peşəkar olmaq, məşhurlaşmaq, milyonlarla izləyici, fanat da yığmaq olar, amma adam olmadınsa, apar tulla! Elnuru ona görə hamıdan çox istəyirəm ki, adam kimi adamdır".

Onun təbrikində yer verdiyi sözlər stilist Anar Ağakişiyevi özündən çıxarıb.

Anar İnstaqram "Story"də aparıcı ilə fotosunu paylaşıb və Hüsniyənin üzünü donuz smayliki ilə bağlayıb. O, Məhərrəmovanı paxıl, 70 sifətli adlandırıb:

"Şükür Allaha ki, dünya şöhrətli stilistəm. İstər cəmiyyətdəki hörmətimə, ailəmdən olan tərbiyəmə hər kəs bələddir. Çox şükür, Tanrım, arzuladığım hər şeyi mənə yaşadırsan. Ən əsas da ətrafımda olan 70 sifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun dalınca danışan, etibarsız, cürət edib, sözü üzə deyə bilməyən insanları ətrafımdan yığışdırırsan.


Xəbərə aid fotolar