Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 10 İyn 2019 10:12:00 198 0

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsinin aprel ayının maksimum səviyyələrində müqavimətlə rastlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, avronun məzənnəsi 1.13$-ın üzərində möhkəmlənərsə, 1.14$-a kimi də bahalaşa bilər. Bu baxımından cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan açıqlanacaq sənaye istehsalına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi də 1.27$-da güclü müqavimətlə rastlaşmaqdadır. Lakin qiymətin 1.28$-a kimi bahalaşmaqda davam edə biləcəyi proqnozları güclü olaraq qalır. Breksit fonunda proseslərlə yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərə sənayesi ilə bağlı açıqlanacaq fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir. TRY USD/TRY məzənnəsi 5.66TL-yə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. 5.85TL-yə ticarət edilən Dollar/Lirə məzənnəsi 5.84TL-nin üzərində qaldıqca, 5.95TL-yə kimi də bahalaşa bilər.